Prezidentdən ÖNƏMLİ sərəncam - Uzun zaman idi gözlənilirdi

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində hər zaman hərbi qulluqçuların, Vətən uğrunda canından və sağlamlığından keçən qəhrəmanların ailələrinin sosial müdafiəsi dayanır.
Ölkəmizdə həssas kateqoriyadan olan vətəndaşların rifahının yaxşılaşdırılması, onların mənzil-məişət şəraitinin möhkəmləndirilməsi və reabilitasiya imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar ardıcıl və sistemli xarakter daşıyır. Xəbər verildiyi kimi, bu ali missiyanın davamı olaraq növbəti mühüm qərara imza atılıb.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı, o cümlədən mənzil və fərdi evlərlə təmin olunması üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb. Qeyd edək ki, “Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncama edilən bu dəyişikliyə qədər həmin müddət 2026-cı ilə qədər nəzərdə tutulmuşdu. İndi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən bu mühüm tədbirlərin maliyyələşdirilməsi əlavə olaraq 2022–2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına təmin ediləcək. Sərəncamın əhatə etdiyi əsas istiqamətlər sırasında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə təmin edilməsi, həmçinin “Əlilliyi olan şəxslər haqqında” Qanuna əsasən onların zəruri reabilitasiya vasitələri və reabilitasiya xidmətləri ilə təmin olunması dayanır. Dövlət başçısının imzaladığı bu mühüm sənəd bir daha sübut edir ki, hərbçilərin, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli hər zaman ən yüksək səviyyədə diqqət mərkəzindədir və bu istiqamətdə həyata keçirilən tədbirlər uzunmüddətli strateji xarakter daşıyır.
Məsələ ilə bağlı şərh verən tanınmış iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün nəzərdə tutulan maliyyələşmə müddətinin 2029-cu ilə qədər uzadılması iqtisadi baxımdan dövlət büdcəsinin sosial yönümlülüyünün dəyişməz prioritet olaraq qaldığını göstərir və bu, ölkənin maliyyə dayanıqlığının güclü sosial məqsədlərə sərf olunduğunun bariz nümunəsidir:
"Prezidentin imzaladığı bu Sərəncam iqtisadi və sosial baxqından son dərəcə strateji əhəmiyyət daşıyır. Dövlət icbari şəxsi sığorta fondunun vəsaitlərinin məhz bu kateqoriyadan olan vətəndaşların mənzil təminatına və reabilitasiya xidmətlərinə yönəldilməsi maliyyə resurslarının necə ünvanlı və səmərəli xərcləndiyini göstərir. İndiyə qədər 2026-cı ilə qədər müəyyən olunmuş müddətin 2029-cu ilə uzadılması o deməkdir ki, dövlət bu istiqamətdə başlanmış irimiqyaslı layihələrin, xüsusilə də mənzil tikintisi və evlə təminetmə proqramlarının fasiləsiz davam etməsini təmin edir. İqtisadi tərəfdən baxdıqda, bu cür uzunmüddətli maliyyə təminatı tikinti sektoruna da müsbət təsir göstərir, daxili bazarda hərəkətliliyi artırır, lakin əsas məsələ iqtisadi rəqəmlər deyil, məhz Vətən uğrunda canını fəda edənlərin ailələrinə göstərilən ali dövlət qayğısının real həyatda öz əksini tapmasıdır".
Onun sözlərinə görə, bu qərar ölkədə sosial rifahın daha da möhkəmlənməsinə xidmət edir və dövlətin sosial öhdəliklərini hər zaman vaxtında və yüksək səviyyədə yerinə yetirdiyini bir daha təsdiqləyir:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən idarə olunan bu proseslər şəffaflığı və operativliyi ilə seçilir. İcbari sığorta mexanizmlərindən daxil olan vəsaitlərin birbaşa şəhid ailələrinin və qazilərin mənzil şəraitinin yaxşılaşdırılmasına xərclənməsi cəmiyyətdə hər zaman yüksək qiymətləndirilir. 2029-cu ilə qədər uzadılan bu müddət ərzində minlərlə daha çox ailə yeni mənzillə təmin olunacaq, əlilliyi olan şəxslərin reabilitasiya imkanları isə ən müasir standartlara uyğunlaşdırılacaq. Bu, Azərbaycan iqtisadiyyatının qüdrətinin və sosial siyasətinin humanizm prinsiplərinə əsaslandığının növbəti əyani sübutudur"./nocomment.az
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ












