Pünhan Piriyev nazirə MÜRACİƏT ETDİ: Ölümlə hədələnir

Tanınmış müğənni, bu yaxınlarda özünə etdiyi dəbdəbəli toyu, daha sonra isə Xalq artisti Alim Qasımovla bağlı qalmaqallı açıqlaması ilə gündəmə gələn Pünhan Piriyev bu dəfə saz ifaçısı aşıq Mübarizə görə Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib.
Avtosfer.az xəbər verir ki, Tik-Tok platforması üzərindən nazirə açıq müraciət ünvanlayan müğənni öldürüləcəyi ilə hədələndiyini bildirib.
Müğənni Pünhan Piriyev iddia edir ki, onun həyatı təhlükədədir və nazir Vilayət Eyvazovdan təhlükəsizliyinin təmin olunması üçün göstəriş verməsini xahiş edir.
Bildirir ki, el arasında aşıq Mübariz kimi tanınan saz ifaçısı onu Ağcəbədi rayonunun Avşar kəndindən olan dostları tərəfindən öldürüləcəyi ilə hədələyir.
Buna görə də, müğənni Pünhan Piriyev Daxili İşlər naziri Vilayət Eyvazovdan aşıq Mübarizin cinayət məsuliyyətinə cəlb olunması üçün göstəriş verməsini xahiş edir.
Təbii ki, yaşadığımız hüquqi dövlətdə kimisə ölümlə hədələmək məsuliyyət yaradır və yəqin ki, bununla bağlı müvafiq ölçü götürüləcək. Amma cəmiyyətə nümunə sayılmalı olan iki sənətçinin bu cür qalmaqal yaşaması və bir-birini ölümlə hədələməsi heç də yaxşı hal deyil./konkret.az
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












