Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan AÇIQLAMA

Müğənni Pünhan Piriyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib.
O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:
"Toy Pünhan Priyevin ata evində keçirilib. Böyük həyətləri var. Məclisə 2 minə yaxın qonaq dəvət olunmuşdu. Bundan əlavə, musiqi aləminə uyğun dekorasiyalar quraşdırılmışdı. Toy dekorasiya baxımından da zəngin idi. Dəvət olunanlar arasında müğənninin həmkarları da var idi. Bakıdan 40-dan çox müğənni dəvət olunmuşdu. Onların hər biri öz ifaları ilə məclisə rəng qatdı".
Qeyd edək ki, müğənni Pünhan Priyevin toyu sentyabrın 23-də baş tutub. Sosial şəbəkələrdə gündəm olan məclis Hacıqabul rayonunun Meyniman kəndində, sənətçinin ata evində keçirilib. Məclisdə 4 mindən çox şəxsin iştirak etdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












