Qalmaqallı sabiq məmurun oğlunun ölkədən çıxışına "stop" qoyuldu

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, 2015-ci ilin payızında korrupsiya ittihamları ilə həbs edilmiş Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müstəqil "Fərid-R" çoxsahəli istehsalat firmasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 38 765.99 manat vergi borcu yaranıb.
Borc şirkətin qanuni təmsilçisi Zeynal Vidadi oğlu Zeynallı tərəfindən ödənilmədiyi üçün Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.
Məhkəmənin qərarı ilə 1994-cü il təvəllüdlü Zeynal Zeynallının ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, "Fərid-R" firmasının adı 2016-2017-ci illərdə ictimaiyyət arasında böyük rezonans doğuran cinayət işində - keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri, o cümlədən nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalovun istintaq materiallarda tender qalibi və podratçı qismində çıxış edən müəssisələrdən biri kimi keçib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












