Qanun bu şəxslərin müəllim işləməsini QADAĞAN EDİR

Pedaqoji fəaliyyətə qəbul və bu sahədə işləmək üçün müəyyən peşə və şəxsi tələblər mövcuddur.
Bu tələblər həm ixtisas uyğunluğunu, həm də müxtəlif hüquqi və etik məhdudiyyətləri əhatə edir.
Eyni zamanda, bir sıra hallar var ki, həmin şəxslərin müəllimlik fəaliyyətinə icazə verilmir.
Avtosfer.az “Təhsil haqqında” qanuna istinadən xəbər verir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsili olan şəxslər müəllim kimi fəaliyyət göstərə bilərlər.
Eyni zamanda, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Pedaqoji fəaliyyətə qoyulan məhdudiyyətlər
Qanun bir sıra şəxslərin pedaqoji fəaliyyəti ilə məşğul olmasını qadağan edir.
Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəllimlik fəaliyyəti qadağan edilən, eləcə də ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu ödənilməmiş şəxslərin pedaqoji sahədə çalışmasına icazə verilmir.
Sağlamlıq və hüquqi statusla bağlı tələblər
Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər, eləcə də barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslər pedaqoji fəaliyyətdən kənarlaşdırılır.
Müvafiq icra orqanı tərəfindən təsdiq edilən xəstəliklər siyahısına daxil olan hallar da bu sahədə məhdudiyyət yaradır.
Cinayət və uşaq müdafiəsi ilə bağlı qadağalar
Uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslərin pedaqoji fəaliyyəti qəti şəkildə qadağandır.
Etik davranış qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz (azedu.az).
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












