Qara dənizdə təhlükəsiz gəmiçilik mexanizmi yaradılmasına çağırış

Qətər və Türkiyə digər ölkələri Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün yeni mexanizmin yaradılmasına çağırıblar.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ankarada Qətər Əmiri şeyx Tamim bin Həməd əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iki ölkənin Ali Strateji Komitəsinin iclasının yekunlarına dair birgə bəyanatda deyilir.
Qətərin xəbər agentliyinin mətnini dərc etdiyi sənəddə də qeyd olunur ki, tərəflər Qara dənizdə təhlükəsiz kommersiya gəmiçiliyinin təmin edilməsi üçün yeni mexanizmin yaradılmasının zəruriliyini vurğulayıblar. Onlar həmçinin qlobal çağırışların ərzaq təhlükəsizliyinə ciddi təsirlərini müzakirə ediblər və Qara dənizin dünya bazarlarına maneəsiz ərzaq tədarükü üçün strateji əhəmiyyətini vurğulayıblar.
Bu baxımdan Doha və Ankara Qara dəniz taxıl təşəbbüsünü yüksək qiymətləndiriblər.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












