Qazaxıstan Çin və Özbəkistanla dəmir yolu dəhlizlərini genişləndirir

Qazaxıstan Çin, Özbəkistan və digər Orta Asiya ölkələri ilə yük daşımalarını genişləndirməyə imkan verəcək yeni dəmir yolu xətlərinin inşasına davam edir.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, böyük infrastruktur layihələrinin gedişi “Qazaxıstan Dəmir Yolu” SC-nin nümayəndələrinin iştirak etdiyi görüşdə nəzərdən keçirilib.
Əsas layihələrdən biri 127,6 kilometrlik Darbaza-Maktaaral dəmir yolu xəttinin tikintisidir. Yeni xətt Özbəkistanla əlavə beynəlxalq nəqliyyat dəhlizi yaradacaq, yük daşımalarını həddindən artıq yüklənmiş Sarıağaş-Daşkənd hissəsindən yönləndirməyə, şəbəkənin ötürmə qabiliyyətini artırmağa və Mərkəzi Asiya ölkələri istiqamətinə tranzit trafikini genişləndirməyə imkan verəcək.
303 kilometrlik Baxtı-Ayagöz dəmir yolu xəttinin tikintisi davam edir. Bu, Qazaxıstan ilə Çin arasında üçüncü dəmir yolu sərhəd keçidinin açılmasını təmin edəcək və nəqliyyat dəhlizinin illik yükdaşıma qabiliyyətini 25 milyon tona çatdırmağa imkan verəcək. Hazırda layihə ilə nəzərdə tutulan torpaq işlərinin 52 faizi yerinə yetirilib.
Bundan əlavə, bu il uzunluğu 300 kilometrdən çox olan Moyıntı-Qızıljar dəmir yolu xəttinin tikintisinin başa çatdırılması planlaşdırılır. Əsas torpaq işləri 93 faiz, dəmir yolu və şpalların çəkilməsi isə 51 faiz yerinə yetirilib.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












