Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL təyyarəsinin qəzasının araşdırılması sürətləndirilir

"Aktau yaxınlığında AZAL təyyarəsinin qəzasını araşdıran komissiya işini davam etdirir. Hələlik tamamlanma tarixi müəyyən edilməyib, lakin Qazaxıstan tərəfi prosesi sürətləndirmək üçün əlindən gələni edəcək".
Avtosfer.az xəbər verir ki, bu barədə "RIA Novosti" Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, komissiya mütəxəssislərin materialları üzərində işləyir.
"Komissiya hazırda tədqiqatın nəticələri və görülən işlər barədə hesabatları nəzərdən keçirir", - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, təyyarə qəzası ilə bağlı istintaqın bütün nəticələri obyektiv olacaq və faktlara əsaslanacaq:
"İstintaq komissiyası balanslı mövqe tutur və bütün nəticələr yalnız faktlara əsaslanaraq obyektiv olacaq".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub.
Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










