QDİƏT rəsmisi Mehriban Əliyevaya təbrik məktubu göndərdi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Sizi böyük sülh qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sülh bəyannaməsini imzalayaraq müstəqil Azərbaycanın tarixinə növbəti parlaq səhifə yazdı.
Bu qələbənin kökündə dərin intellekt, düşünülmüş siyasət, uzaqgörənlik, incə diplomatiya və Azərbaycana olan məhəbbət dayanır. Hələ 2003-cü ildə İlham Əliyev Azərbaycanın Prezidenti seçiləndə demişdi ki, ölkəmizin bir qarış torpağı müzakirə predmeti ola bilməz. İllər göstərdi ki, Prezidentimiz verdiyi sözlərə hər zaman sadiq qalır və dünyada praqmatik lider kimi qəbul olunur.
Azərbaycan və Ermənistan arasında sülh sadəcə iki ölkə üçün deyildir, bu sülh yaşadığımız böyük bölgəyə inkişaf gətirəcəkdir. Baxmayaraq ki, Azərbaycan dünyanın siyasi xəritəsində kiçik dövlətdir, aparılan uğurlu siyasət nəticəsində ölkəmiz dünyanın siyasi xəritəsində özünəməxsus yer tutur. Bu siyasətin həyata keçirilməsində sözsüz ki, Sizin böyük zəhmətiniz var. Sizin Azərbaycanın mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılmasında müstəsna xidmətləriniz var və bu gün də öz fəaliyyətinizi uğurla davam etdirirsiniz. Sizin fəaliyyətinizdə dərin intellekt, yüksək mədəniyyət və Azərbaycan xanımına məxsus olan incə duyğular özünü göstərməkdədir.
Sizi bir daha bu böyük qələbə münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar, cansağlığı və ailə səadəti arzulayıram".
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












