Qəçrəşdə havanı çirkləndirən restoranlar cərimələndi

Azərbaycanda fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda havaya zərərli maddələrin atılmasının qarşısının alınması üçün qaz-toz tutucu qurğuların quraşdırılmaması faktı aşkar olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, obyektlər Quba-Qəçrəş yolunun sağ tərəfində fəaliyyət göstərən "Aynur Forest", Xaçmaz rayonu Müşkür kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Çənlibel", "Cənnət bağı", "Yaşıl bağ", Nabran kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Salam", "Çeşmə" restoranları və Xaçmaz rayonu Seyidli kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Malibu" istirahət mərkəzi olub.
Faktlarla bağlı müvafiq olaraq adıçəkilən obyektlərin icarədarları Ramazan Məmmədov, Məmmədtağı Məmmədov, Natiq Rəcəbov, Toğrul Məhsimov, Yaşar Həmidov, İlqar Paşayev və "Salam" restoranının sahibi Dostmət Seyidov barəsində vəzifəli şəxs qismində "İnzibati xəta haqqında Protokol" tərtib olunub. Həmçinin qanunamüvafiq tədbir görülüb.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












