Banner

Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI

Xəbərlər 7 Oktyabr 2026 17:46
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
WhatsApp kanalımıza abunə olun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahənin iqtisadi artımda payının artırılması əsas məsələlərdən biri olaraq qalır. Qeyri-neft sektorunda artımın sürətləndirilməsi üçün yeni gəlir mənbələrinin formalaşdırılması və müxtəlif sahələrə investisiyaların artırılması vacib hesab olunur.

Avtosfer.az xəbər verir ki, qeyri-neft sektorunun daha sürətli inkişafı üçün hansı istiqamətlərə üstünlük verilməli olduğu və mövcud maneələrin necə aradan qaldırılacağı müzakirə mövzusudur. Bəs Azərbaycan yaxın illərdə qeyri-neft sektorunda hansı sahələri əsas gəlir mənbəyinə çevirə bilər?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, bu sahədə iqtisadiyyatın “qeyri-neft sektoru” və “neft sektoru” kimi deyil, resurs və qeyri-resurs sektorları kimi təsnifləndirilməsi daha məntiqli olardı:


"Çünki iqtisadi fəaliyyətin yalnız neft və qeyri-neft bölgüsü ilə qiymətləndirilməsi digər resurs sahələrinin də nəzərdən kənarda qalmasına səbəb ola bilər. Digər tərəfdən, hansısa konkret sahələrin ayrıca prioritet istiqamət kimi vurğulanmasına ehtiyac yoxdur. Çünki dövlətin artıq müxtəlif istiqamətlər üzrə proqramları mövcuddur. Aqrar sahə, turizm, yüksək texnologiyalar və logistika ilə bağlı ayrı-ayrı proqramlar həyata keçirilir və bu sahələrin inkişafı üçün müəyyən mexanizmlər formalaşdırılıb.
Əsas məsələ isə biznes mühitinin daha da yaxşılaşdırılmasıdır. Bunun üçün vergi və gömrük güzəştlərinin daha geniş tətbiq olunması, daha işlək və biznes üçün əlverişli vergi və gömrük mexanizmlərinin formalaşdırılması vacibdir. Eyni zamanda, sahibkarların fəaliyyətinə təsir edən tənzimləyici qurumların sayının azaldılması, müxtəlif icazə və lisenziyaların sayının optimallaşdırılması da mühüm addımlar ola bilər. Bütün bunlar sahibkarlar üçün əlavə stimul və yeni imkanlar yarada, investisiya mühitinin yaxşılaşmasına və qeyri-resurs sektorunun inkişafının sürətlənməsinə şərait yarada bilər. Burada əsas məqsəd konkret bir sahəni seçməkdən daha çox, biznesin fəaliyyət göstərməsi üçün daha əlverişli və çevik mühit formalaşdırmaq olmalıdır".

Fatimə

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh