Qonşu ölkədən Azərbaycana AXIN BAŞLADI

Sentyabrın 21-dən 27-dək rusiyalıların Bakı otellərinə tələbatı ötən ilin analoji dövrü ilə müqayisədə on dəfə artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Ostrovok” otel və mənzillərin onlayn bronlaşdırılması xidməti məlumat yayıb.
Bildirilib ki, rusiyalıların Azərbaycana marağı hələ yay mövsümünün əvvəlindən artmağa başlayıb, “Formula-1” isə mövsümün sonunda səfərlərin əsas təkanverici amilinə çevrilib. Ölkənin əsas turizm istiqaməti olan Bakıda istirahətə olan tələbat 2026-cı ilin may-sentyabr aylarında 2025-ci illə müqayisədə 10 faiz artıb. Ölkə bronlaşdırmaların sayına görə Fransa və BƏƏ-ni üstələyərək yay üçün ən məşhur xarici istiqamətlərin reytinqində 14-cü pillədən 12-ci pilləyə yüksəlib.
“Sentyabrda Bakıda bir neçə başqa böyük tədbir də keçiriləcək — “Formula-1” ərəfəsində Valeri Meladzenin konserti baş tutacaq, yarış həftəsonu çərçivəsində isə Kelvin Harris və Keti Perri çıxış edəcəklər”, — “Ostrovok”un direktoru İrina Kozlova bildirib.
Sentyabr ayında Bakıda bron edilən otel otağının bir gecəlik orta qiyməti 8 250 rubl (169,44 AZN) təşkil edir. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 4 faiz azdır. Belə ki, 2025-ci ildə bir gecəlik orta qiymət 8 600 rubl (176,63 AZN) olub. “Formul-1” yarışının keçirildiyi həftədə isə yaşayış xərcləri artır və bir gecə üçün 10 300 rubla (211,54 AZN) çatır./ajans.az
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












