“Qrip peyvəndi üçün müraciət edənlərin sayı artıb”

“Son vaxtlar qripə qarşı vaksinasiya ilə bağlı müraciət edənlərin sayı artıb”.
Avtosfer.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Təyyar Eyvazov nazirliyin instaqram hesabında canlı yayımda bildirib.
O qeyd edib ki, vaksinasiya zamanı insanlar xəstəliyi yüngün keçirir. Demək olar ki, fəsadlaşma olmur.
Həkim əhaliyə müraciət edib və bildirib ki, uşaqlar bu xəstəliyin risk qrupuna daxildirlər. Uşaqlarda qripə yoluxma olarsa, valideynlər onları izolyasiya etməli, ərtafı yoluxdurmamağa çalışmalıdırlar.
T.Eyvazov həmçinin peyvənd vurdurmaqdan imtina edənlərlə bağlı sualı cavablandırıb: “Düzdür qrip virusları mutasiya edir, ştamların növləri dəyişir. Yay aylarında Ümumdünya Səhiyyə Təşkilatı payız qış mövsümündə regionlarda hansı ştamların olacağını müəyyənləşdirir və vaksinlər təyin edir. Viruslara qarşı bu peyvəndlər effektiv olur. Qeyd edim ki, hamilə qadınlara da bu peyvəndi vurdurmaq olar, bunlar təhlükəsizdir və yan təsirləri yoxdur”.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












