Qubanın iki kəndinin adı dəyişdirildi

Nazirlər Kabineti "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Arxeoloji abidələr" bölməsininin "Quba rayonu" hissəsinin 1381-ci bəndinin "Yerləşdiyi ünvan" sütununda "Alekseyevka" sözü "Çinarlı" sözü ilə əvəz edilib.
Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı"nın "Quba rayonu" bölməsində "Alekseyevka" sözü "Çinarlı" sözü ilə, "Vladimirovka" sözü "Elbir" sözü ilə əvəz edilib
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












