Rəsmi Bakı həmin məktubdan ötən aydan məlumatlı olub

“Airbus” şirkəti “A320” təyyarələrinin proqram təminatında aşkar edilən boşluq ilə bağlı dünya üzrə tətbiq edilən genişmiqyaslı xəbərdarlıqdan sonra vəziyyətin sürətlə normallaşdığını bildirib. Bu problemə görə uçuşu həyata keçirilməyən təxminən 6000 mümkün “A320”dən cəmi 100-dən azı hələ də xidmətə qaytarılma mərhələsindədir.
Avtosfer.az xəbər verir ki, AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ilin dekabrında Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilmədiyi, daha sonra eniş zamanı yerə çırpıldığı, bu əsasda cinayət işinə xitam verildiyi bildirilən məktub ölkə ictimaiyyəti arasında ciddi rezonans doğurub.
Maraqlıdır ki, məktubun məzmunu Rusiya Prezidenti Vladimir Putinin ötən ilin oktyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi rəsmi mövqeyi ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir. Rusiya lideri bu zaman AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələrinin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf etmişdi. Putin həmçinin qeyd etmişdi ki, Rusiya qəza ilə əlaqədar bu cür faciəvi hallarda təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcək.
Sosial şəbəkələrdə bir çoxları həmin məktubun həqiqi olmasına dair şübhələr səsləndirib, onun feyk ola biləcəyini irəli sürüblər. Lakin bu məqamda xatırladaq ki, Rəsmi Bakı sözügedən məktubdan hələ ötən aydan xəbərdardır. Belə ki, xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-da ilin yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilməsindən danışmışdı.
Nazir bu zaman məktubun detallarını açıqlamasa da, orada Azərbaycanın ciddi təəccübünü doğuran məqamların olduğunu vurğulamış, bunlardan birinin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumatın olduğunu demişdi.
Həmçinin məlum olub ki, ölkəmiz həmin məktuba cavab olaraq detallı mövqe nümayiş etdirib və bunu qarşı tərəfə çatdırıb. Burada Azərbaycanın əsas gözləntisinin məsələnin araşdırılmasının başa çatdırılması, eləcə də kompensasiyaların ödənilməsi olduğu vurğulanıb.
Məktubda diqqət çəkən məqamlardan biri də onun üzərində qeyd olunan tarixdir. Belə ki, 2025-ci il 17 dekabr tarixində imzalanan məktubun aradan vaxt keçdikdən sonra indi yayılması suallar doğurur.
Onu da xatırladaq ki, dekabrın 21-də Kremlin rəsmi sözçüsü Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirsə də, bir gün sonra Azərbaycan Prezident Administrasiyası İlham Əliyevin Rusiyaya gözlənilən səfərinin baş tutmayacağını açıqlayıb. Buna səbəb kimi isə dövlət başçısının iş qrafikinin sıxlığı göstərilib.


Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










