Rusiya vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan vasitəsilə həyata keçirilir - VİDEO

İranla İsrail arasında artan hərbi gərginlik fonunda Rusiya öz vətəndaşlarını İrandan təxliyə etməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təqdim etdiyi foto və video görüntülər bu təxliyə prosesinin İran-Azərbaycan sərhədi vasitəsilə həyata keçirildiyini təsdiqləyir.
Kreml sözçüsü Dmitri Peskov bu gün verdiyi bəyanatda bildirib ki, bir qrup Rusiya vətəndaşı İrandan çıxarılaraq Azərbaycan ərazisinə gətirilib, oradan isə daha təhlükəsiz bölgələrə daşınıblar.
Onun sözlərinə görə, bu təxliyə prosesinin uğurla həyata keçirilməsi regionda sabitliyə töhfə verən Azərbaycanın rolunu da bir daha göstərdi.
“Rusiya vətəndaşlarının bir hissəsinin İran ərazisindən çıxarılaraq Azərbaycana gətirilməsi onların təhlükəsiz zonalara çatdırılmasına imkan verdi,” – deyə Peskov qeyd edib.
Rusiya Federasiyasının Tehrandakı səfirliyi 15 iyun 2025 tarixində ümumilikdə 225 vətəndaşının təxliyə olunduğunu bildirib. Bu şəxslər arasında səfirlik əməkdaşlarının ailə üzvləri, digər rus vətəndaşları və müxtəlif müəssisələrdə çalışan mülki şəxslər də olub. Bəzi şəxslər təhlükəsizlik riski artdıqca İrandan ayrılmaq üçün sərhədə qədər özləri gəliblər, digərləri isə nəzarət altında xüsusi avtobuslarla çatdırılıb.
Təxliyə əməliyyatı İran-Azərbaycan sərhədində yerləşən Culfa keçid məntəqəsi vasitəsilə həyata keçirilib. Hər iki tərəfin sərhəd xidməti əməliyyatı koordinasiyalı şəkildə aparıb, humanitar məqsədli bu hərəkata üstünlük verilib və mümkün təhlükələr minimuma endirilib.
Rusiya tərəfi, həm İran, həm də Azərbaycan hakimiyyətinə təhlükəsiz keçidə şərait yaratdığı üçün təşəkkür etdiyini bildirib.
Gözlənilir ki, ehtiyac olarsa, növbəti günlərdə də təxliyə mərhələli şəkildə davam etdiriləcək.(bizim.media)
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











