Rusiyada ailələr YOXA ÇIXIR

Rusiyanın Krasnoyarsk diyarında daha bir ailənin müəmmalı şəkildə itkin düşməsi ilə bağlı axtarışlar davam edir.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, 43 və 45 yaşlı ər-arvad iyunun 20-də İrbeysko-Sayanski rayonunda yerləşən Aqul çayında raftinqə çıxıb. Həmin vaxtdan etibarən onlarla əlaqə kəsilib.
Xilasedicilər doqquz gündür genişmiqyaslı axtarış aparırlar. Bildirilir ki, exolot cihazlarının köməyi ilə çay sahili boyunca 58 kilometr məsafə və təxminən 40 min kvadratmetr ərazi yoxlanılıb. Lakin nə onların qayığına, nə də şəxsi əşyalarına rast gəlinib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Məlumata görə, hadisə bir müddət əvvəl Usoltsev ailəsinin sirli şəkildə yoxa çıxdığı ərazidən təxminən 200 kilometr məsafədə baş verib. Həmin hadisədə meşədə gəzintiyə çıxan üç nəfərlik ailənin də izinə indiyədək rast gəlinməyib.
Yerli KİV-lər qeyd edir ki, son illərdə bölgədə bir neçə oxşar itkin düşmə hadisəsi qeydə alınıb. İddialara görə, son bir neçə ildə azı yeddi nəfər bu ərazidə itkin düşərək geri qayıtmayıb. Onların arasında keçmiş xüsusi təyinatlı hərbçi Viktor Potaenkov, idman oriyentiri üzrə mütəxəssis Vladimir Şatıgin və turist Vladimir Raşçepkin də var.
Yerli sakinlər arasında ərazi qeyri-rəsmi olaraq "Manskaya Ölüm Döngəsi" kimi tanınır. Bununla belə, bu ərazinin "anomal zona" olması ilə bağlı iddialar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və elmi sübutlarla əsaslandırılmayıb.
Bundan əlavə, yerli mediada yayılan məlumata görə, dünən Durnaya kanalında bir nəfər boğularaq ölüb. Lakin bu hadisənin itkin düşmə halları ilə əlaqəli olub-olmadığı məlum deyil./ajans.az
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












