Rusiyada ARA QARIŞDI: Çevriliş olacaq, Putinə sui-qəsd ediləcək

Avropa kəşfiyyatının yeni hesabatına görə, 2025-ci ilin dekabrında Moskvada yüksək rütbəli hərbçi Sərvarovun avtomobilinin partladılması Rusiya güc strukturları arasında ciddi qarşıdurmaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisədən üç gün sonra, 25 dekabrda Prezident Vladimir Putin təhlükəsizlik qurumlarının rəhbərləri ilə təcili müşavirə keçirib.
Müşavirə zamanı qurumlar arasında qarşılıqlı ittihamlar səsləndirilib. Baş Qərargah rəisi Valeri Gerasimov FTX direktoru Aleksandr Bortnikovu təhlükəsizlik boşluqlarına görə sərt tənqid edib. Bortnikov isə resurs və kadr çatışmazlığından şikayətlənərək məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə atıb.
Rosqvardiya rəhbəri Viktor Zolotov da öz qüvvələrinin digər qurumların rəhbərlərini qorumaq üçün istifadə olunmasına qarşı çıxıb.
Sonda Putin tərəfləri sakitləşməyə çağıraraq, problemlərin həlli üçün konkret təkliflərin hazırlanmasını tapşırıb. Daha sonra Federal Mühafizə Xidmətinin rəhbəri Dmitri Koçnev ilə görüş keçirilib və yüksək vəzifəli şəxslərin mühafizəsinin gücləndirilməsi qərara alınıb.
Hesabatda qeyd olunur ki, bu qarşıdurma Kremlin daxilində artan gərginliyin göstəricisidir. Eyni zamanda, 2026-cı ilin martından etibarən Putinin məlumat sızmaları və mümkün çevriliş ehtimalından narahat olduğu bildirilir.
Xüsusilə, pilotsuz uçuş aparatlarının potensial təhlükə kimi qiymətləndirildiyi vurğulanır.
Sənəddə keçmiş müdafiə naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan Sergey Şoyqunun da “potensial destabilizasiya faktoru” kimi nəzərdən keçirildiyi qeyd olunur. Onun keçmiş müavini Ruslan Tsalikovun mart ayında korrupsiya ittihamları ilə həbs olunması isə elitlər üçün “təhlükəsizlik zəmanətlərinin pozulması” kimi qiymətləndirilir.
CNN-in məlumatına görə, bu iddiaların bir hissəsini müstəqil şəkildə təsdiqləmək çətindir və Kreml hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib./konkret.az
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











