Banner

Rüşvətin son dayanacağı: Vəzifədən hakimiyyət ehtirasına

Xəbərlər 21 Sentyabr 2026 11:44
Rüşvətin son dayanacağı: Vəzifədən hakimiyyət ehtirasına
WhatsApp kanalımıza abunə olun

Ramiz Mehdiyev tarixi şəxsiyyət deyil, müasir dövrün tipik məmuru olub, rüşvətxor obrazı ilə yaddaşlarda qalan, vəzifəsini şəxsi nüfuz və sərvət alətinə çevirən bir simadır. Doğrudur, bu gün də vəzifədə belə adamlar var ki, onların adlarını çəksən, adamı çarmıxa çəkər, başına olmazın müsibətini gətirər. Çünki onlar Ramiz Mehdiyev faciəsindən dərs götürmür, əksinə vəzifənin verdiyi imkanlardan maksimum istifadə edirlər. Məsələ bu da deyil. Məsələnin əsas məğzi ondan ibarətdir ki, bizləri milçək gözündə görən, üzərinə düşən məsuliyyəti anlamayan harın çinovniklər uzun müddət unudulmurlar, çünki onlar da sonralar Ramiz Mehdiyevin yaratdığı obraz kimi bir müddət yaşayırlar. Belə kadrlar eybəcərliyin başqa formasıdır. Səlahiyyəti ədalət üçün deyil, öz maraqları üçün işlədən, ətrafındakılara yuxarıdan aşağı baxan bir tipdirlər.

Gəlin, bir detala diqqət edək. Ramiz Mehdiyev törətdiyi iddia olunan cinayətlərə görə məhkəmə qarşısındadır. Arada özümüzü aldadırıq ki, suyun qabağını kəsən “Əjdaha” “öldürülüb”. Yanılırıq. Çox təəssüf ki, xislətində çalıb-talamaq olanlara heç nə kar eləmir.

Doğrudur, istənilən məmur vəzifəsini itirməkdən qorxur, amma vəzifəsini itirməmək üçün bir yol var axı. Vicdanla, məsuliyyətlə, sədaqətlə xidmət etmək. Bu, çox sadə bir düsturdur. Amma “Ramizmehdiyev” xəstəliyinə yoluxanlar bunu heç vaxt anlamırlar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da həmin xəstəliyi daşıyan məmurlardan olmadımı?! Həbs edilən icra başçıları, adını çəkmək istəmədiyim neçə-neçə yüksək ranqlı məmurların aqibəti nə tez yaddan çıxdı?! Görünən odur ki, bundan sonra da unudulacaq. İnsan unutqan məxluqdur. Bu mənada belə məmurlar heç vaxt yox olmayacaq, hər dövr onları özünə uyğun yenidən yaradacaq. Ramiz Mehdiyev kimi səsli-küylü, qalmaqallı həyat tərzi sürəcəklər. Çünki rüşvətin səsi belə olur, o, qapını döyür, əvvəl pıçıltı ilə başlayır, gah zərfin içində, gah da diplomatlarla, meşoklarla evinə daxil olur. Və bu proses həmin adam üçün adiləşir.

Bilirsiniz, cəmiyyət üçün qorxulu o deyil ki, həmin rüşvətxor məmur həddindən artıq varlanır. Cəhənnəmə varlansın, goruna da üstəlik. Qorxulu tərəfi odur ki, korrupsiya bataqlığı yaradan məmur vətəndaşın dövlətə inamını sarsıdır. Çünki belə tiplər hər vəchlə öz çirkin fəaliyyətləri ilə təşviq edirlər ki, qanunlar onların istədiyi tərzdə işləyir.

Rüşvətxorluğun anatomiyasında başqa təhlükəli tərəflər də üzə çıxır. Belə ki, bir müddət sonra rüşvət alan adam artıq “nə qədər qazandım?” deyə düşünmür. “Niyə az qazandım?” fikri ilə sonrakı prosesdə rüşvəti öz haqqı hesab edir. Məsələn, qaraçı psixologiyası ilə yaşamış Əli Həsənov kimi. Artıq Ramiz Mehdiyev ətrafında başqa iddialarla boy atır. Gözü daha da yuxarıya zillənir. Mövcud vəzifə qaneedici olmur. Artıq içində xəyanətin daha iyrənc forması doğur. Hakimiyyəti qəsb etmək və dövləti tamamilə iflic hala salmaq.

Məhz buna görə də Ali rəhbərlik, dövlətin maşını ayıq-sayıq olmalıdır. Mənə elə gəlir ki, bu gün bizim ən qiymətli sərvətimiz neft, qaz, qızıl və ya pul deyil, qanunlara və ədalətə olan inamımızı qorumaqdır. Bunun üçünsə dövlət bu iyrənc xəstəliyə qarşı amansız olmalıdır. Sistemli, ədalətli, ardıcıl…

Çünki dövlət idarəsinin qapısından içəri girən vətəndaş əvvəlcə məmurun üzünə yox, ədalətin üzünə baxır. Əgər orada ədaləti görmürsə, cibindən çıxan pulun məbləğindən daha böyük bir şey itirir:

öz dövlətinə olan inamını.

Rüşvətin əsl qiyməti də elə budur.

Ramiz Mehdiyevin məhkəməsi də bu baxımdan ölkəmiz və xalqımız üçün mühüm bir prosesə çevriləcək və geridönməz xarakter alacaq.

Oxunub : 192
ŞƏRH YAZ
Ad

E-mail

Şərh