Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq

Yanvarın 15-də Xocalı şəhərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınacaq.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşan Xocalıdan olan ailələr torpaqlarına köçürüləcəklər.
Sabah Xocalı şəhərinə altı ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 18 ailə (92 nəfər) yola salınacaq. Onlar, əsasən, Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 44, Ballıca kəndinə isə 48 ailə köçürülüb. Xatırladaq ki, Ballıca kəndinə sonuncu köç 2023-cü il dekabrın 27-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub. Həmin gün Ballıca kəndinə 21 ailə (119) nəfər köçürülüb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












