Sabahdan 525 əvəzinə 525A və 525B işləyəcək

Bakının Abşeron rayonunun Masazır kəndini ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir.
Bu barədə Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, məqsəd bu marşrutdan istifadə edən "Zəngilan şəhərciyi" yaşayış kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin "Yeni Bakı" və "Qurtuluş-93" yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinliklərin aradan qaldırılmasıdır.
İyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək.
Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd "King Long" markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.
525A nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi ("Yeni Bakı" yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun "Memar Əcəmi" stansiyası olacaq. Marşrut 6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərəcək.
525B nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun "Memar Əcəmi" stansiyası olacaq. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edəcək.
Eyni zamanda vətəndaşların Masazır kəndi daxilində "Yeni Bakı" yaşayış kompleksindən "Zəngilan şəhərciyi" yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərəcək.
Gedişhaqqı 0,50 manat müəyyən edilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












