Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Sabiq deputat Əsabil Qasımova məxsus olan “Azər-Tikinti” MTK-nın vəzifəli şəxslərinə cinayət işi açılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətin Bakı şəhər Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manata yaxın qiymətləndirilən özəl mülkiyyəti özbaşına sökdüyü bildirilib. Bu səbəbdən Bakı şəhər prokurorunun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə başlanılmış işin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsinə həvalə olunub.
İş üzrə zərərçəkmiş şəxs qismində iş adamı Naiq Məmmədhəsənov tanınıb.
Bildirilib ki, sökülən binanın zirzəmisində məşhur “Mağara” restoranı və Dequstasiya zalı, birinci mərtəbəsində Bakıdakı səfirliklərin tədbirlər təşkil etdiyi “Tovuz Konyak Evi”, ikinci mərtəbəsində isə “Hostel” yerləşib.
Əmlakın qiyməti 4 milyon 810 min manat dəyərləndirilib.
Qeyd edək ki, daha əvvəl əmlak sahibi ilə tikinti şirkəti arasında alqı-satqıya dair müqavilə imzalanıb. Lakin sonradan həmin müqavilə pozulub.
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO












