Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ - VİDEO

Sabunçu rayonunda "Komsomol dairəsi" kimi tanınan ərazidə yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə yolların asfalt örtüyü tamamilə sıradan çıxıb. Onlar bildiriblər ki, məsələ ilə bağlı son üç ildə aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem hələ də həll olunmayıb.
Gecə saatlarında işıqlandırmanın olmaması vəziyyəti daha da çətinləşdirir. Sürücülər yoldakı çalaları görməkdə çətinlik çəkir, nəticədə avtomobillərin zədələnməsi halları baş verir.
"İllərdir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bu yolun vəziyyəti ilə bağlı hər ay həm zəng edirəm, həm də məktub yazıram. Lakin şikayətimə baxılmır. "Komsomol dairəsi"ndən Ramana istiqamətində olan yol, həmçinin "Sovxoz Ramana" yolu çox bərbad vəziyyətdədir. Hətta bir dəfə avtomobilimin təkəri də yolda deşilərək sıradan çıxıb", - deyə sakinlərdən biri bildirib.
Sakin həmçinin qeyd edib ki, məsələ ilə bağlı rayon icra hakimiyyətinə də müraciət edib. Onun sözlərinə görə, icra hakimiyyətindən yolun təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub göndərildiyi bildirilib. Lakin indiyədək hər hansı nəticə olmayıb.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












