Saday Alıyevin məhkəməsi başladı - 3 milyonluq YEYİNTİ

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ondan əvvəl "Azərsu" ASC-də yüksək vəzifələrdə işləmiş Saday Alıyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.
Dövlət ittihamçısı vəsadət verərək, Saday Alıyevin barəsində olan polisin nəzarətində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını təklif edib. Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunmadığını, məhkəmə baxış iclasının 11 noyabr saat 09:30-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, Saday Alıyev 3 milyon manat mənimsəməkdə ittiham olunur.
Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ortaya çıxan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
52 yaşlı sabiq məmur barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki "İri Şəhərlərin Su Təchizatı" QSC zərərçəkmiş qismində tanınıb.
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ












