Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yeni qaydada müəyyənləşdirildi

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yeni qaydada müəyyənləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.
Qeyd edək ki, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.
Beləliklə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ müəyyənləşdirilərkən artıq vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.
Başqa sözlə, 2016-cı ildən sonra malların qiymətlərinin, xidmətlərin, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq, sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən olunmuş limit həddi 12 ayın istənilən dövrü üçün 200 min manat olaraq qalmaqda idi. İndi isə bu limitin 2 dəfə artırılaraq 400 min manata çatdırılması nəzərdə tutulur ki, bu da kiçik və orta sahibkarlıq subyektlərini vergidən yayınmaqdan çəkindirməyə və şəffaflığın artmasına xidmət edəcək.
Sadələşdirilmiş vergi əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə bu gündən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanacaq. Beləliklə, sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-ə endirilib. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Bu, bu gündən sonra həyata keçirilən vergi tutulan əməliyyatlara münasibətdə tətbiq olunacaq.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












