Sahibə Qafarova bu vəzifəyə namizədliyini irəli sürdü

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb.
Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, spiker bu barədə Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 65-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
"Parlamentlərarası İttifaqda rəhbər vəzifəyə namizədliyimin irəli sürülməsi mənim üçün böyük şərəfdir. Seçkilər bu ilin oktyabr ayında Tanzaniyada keçiriləcək və həmin vaxt Assambleya da təşkil olunacaq", – deyə o bildirib.
S.Qafarova seçiləcəyi təqdirdə bu vəzifəni Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin iştirakı və dəstəyi ilə həyata keçirməyin onun üçün böyük şərəf olacağını söyləyib.
Milli Məclisin sədri çıxışının sonunda Qoşulmama Hərəkatının yaradılmasının 65-ci ildönümünün qurucu liderlərin irsinə ehtiram göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
"Biz təşkilatın qurucularını xatırlamalı, onlara ehtiramımızı bildirməli və onların irsini gələcəyə daşımağa davam etməliyik. Onların prinsipləri bizim gələcəyimizin açarıdır. Bizim kollektiv məsuliyyətimiz Hərəkatın birliyini qorumaq, onun səsini gücləndirmək və sülhə, dayanıqlı inkişafa, daha ədalətli və bərabərhüquqlu beynəlxalq nizama töhfəsini artırmaqdır", – deyə S.Qafarova vurğulayıb.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












