Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA

Bir müddət əvvəl saytımızda "General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlamışdıq. Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmaya başladı.
Avtosfer.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin may ayında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi 1/9 ünvanda yerləşən “SEYMUR-M” MMC-yə məxsus “GENERAL HOSPİTAL” adlı özəl tibb müəssisəsində plandankənar (növbədənkənar) yoxlama keçirilib:
"Xidməti yoxlama zamanı aşkar edilən inzibati xəta faktı rəsmiləşdirilərək (lisenziya olmadan cari praktik özəl tibb fəaliyyəti ilə əlaqədar inzibati xətalar məcəlləsinin 210.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib) növbəti icraata göndərilib", - deyə cavabda qeyd olunub.
Əlavə edək ki, İnzibati Xətalar Məcəlləsinin sözügedən maddəsinə əsasən, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












