“Sədərəy”in sahibinə qarşı yarım milyonluq dələduzluq - İş adamı həbs edildi

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini aldadan iş adamı həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı Elnur Səmədov külli miqdarda dələduzluqda təqsirli bilinib.
Bu iş üzrə bir neçə zərərçəkmiş var, E.Səmədovun aldatdığı şəxslərdən biri də Yusif Qədimbəylidir. Təqsirləndirilən şəxs Qədimbəyliyə Azərbaycanın müxtəlif rayonlarında yetişən mövsümi meyvələrin alınıb Rusiyada satılması və əldə olunacaq gəlirin bölünməsinə dair yalan vəd verib.
Qədimbəyli isə təklifi cəlbedici sayaraq ona 489 min manat pul verib. Elnurun pulu alıb iş görə bilməməsindən sonra isə Y.Qədimbəyli ondan şikayət edib.
İstintaq vaxtı cinayət işi üzrə başqa zərərçəkmişlər də müəyyən edilib. O, Qədimbəylidən başqa yalan vədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 723 min manat pul alıb.
E.Səmədov uzun illər müxtəlif formada biznes fəaliyyəti ilə məşğul olub. Zərərçəkmiş şəxsləri də bir-birinin vasitəsilə tanıyıb. O, məhkəmədə özünü təqsirli bilsə də, bəzi epizodlarla razılaşmayıb.
Verilmiş ittiham məhkəmə araşdırması ilə təsdiqini tapıb. Hökmə əsasən, Elnur Səmədova 8 il 6 ay həbs cəzası verilib. Həmçinin Yusif Qədimbəyli və digər zərərçəkmişlərin dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddiaları təmin edilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












