Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi; məhkəməni UDDU

Dövlət Gömrük Komitəsinin (DGK) İnsan Resursları İdarəsinin sabiq rəisi polkovnik Fərhad Babayev pensiyası kəsildiyi üçün məhkəməyə üz tutub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsində baxılan iddia üzrə polkovnik qalib gəlib.
Məsələ ondan ibarətdir ki, Fərhad Babayev 2022-ci ildə idarə rəisi vəzifəsindən çıxandan sonra ona vergi və gömrük orqanlarında keçdiyi illər əsasında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi aylıq 5 min 840 manat güzəştli pensiya təyin edilib. Lakin üstündən 1 il keçəndən sonra Dövlət Sosial Müdafiə Fondu (DSMF) xüsusi şərtlərlə verilən pensiyanı kəsib.
Fond yeni araşdırma nəticəsində müəyyən edib ki, polkovnikin xidmət illərinin yalnız 6 il 6 ay 2 günü hərbi qulluqçu statusuna aiddir, qalan hissəsi isə adi dövlət qulluğu stajıdır. Bu müddət də güzəştli pensiya üçün kifayət etmir.
Nəticədə pensiya təyinatı ləğv edilib, həmçinin artıq ödənilmiş 98 min manatın geri qaytarılması tələb olunub. İddiaçı F.Babayev bu qərarların ləğvi üçün məhkəməyə müraciət edib və əvvəlki pensiya hesablama qaydasının bərpasını, ödənilməmiş məbləğin ödənilməsini istəyib.
Məhkəmə tərəflərin təqdim etdiyi sübutları tədqiq etdikdən sonra iddiaçının pensiyasının kəsilməsini qanunsuz hesab edib. Polkovnik Babayevin əvvəlki pensiya hesablama qaydasının bərpasına, ödənilməmiş məbləğin ödənilməsinə qərar verilib.
Qeyd edək ki, Fərhad Babayev DGK-nin keçmiş rəisi general-polkovnik Səfər Mehdiyevlə yaxınlığı ilə tanınır. O, eks-rəisin tələbə yoldaşı olub. S.Mehdiyev də 2022-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












