Şəhid məzarlarını məsxərəyə qoyan əcnəbiləri HANSI CƏZA gözləyir?

Bakıda Şəhidlər xiyabanında etik normalara zidd davranışlar sərgiləyərək onu sosial şəbəkələrdə yayan xarici ölkə vətəndaşları saxlanılıblar. Şəhidlər xiyabanında etik normalara zidd davranışını özündə əks etdirən videogörüntülər cəmiyyətin haqlı narazılığına səbəb olub.
Bəs görəsən, sözügedən hörmətsiz davranışı sərgiləyən xarici ölkə vətəndaşlarını hansı cəza gözləyir?
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Pərviz Hacıyev mövzu ilə bağlı hüquqi izah verib.
O qeyd edib ki, "Şəhidlər xiyabanında baş verən təhqiramiz hərəkətlərlə bağlı müvafiq hüquqi normalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulub. Bu maddəyə əsasən, qəbir və ya meyit üzərində təhqiredici hərəkət iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsində bu cür hallara uyğun konkret maddə yoxdur. Lakin Maddə 510 - "Xırda xuliqanlıq" - tətbiq oluna bilər. Bu, araşdırmanın qiymətləndirilməsindən asılıdır. Bu halda əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya on beş günədək müddətə inzibati həbs nəzərdə tutulur".
P.Hacıyev sözlərinə belə davam edib:
"Qeyd etmək lazımdır ki, söhbət yalnız təhqiramiz hərəkətlərdən gedir. Cinayət və inzibati məsuliyyət fərqlidir. Təhqiramiz hərəkət Cinayət Məcəlləsində ayrıca nəzərdə tutulub və cəza daha ciddi ola bilər.
Bununla yanaşı, əgər hadisəyə qarışan şəxslər miqrantdırsa və ölkəyə gəliş, qeydiyyat və digər qaydaları pozublarsa, onların məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilir".
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












