Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə əhalinin diqqətinə çatdırılıb ki, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər.
“Bu il Novruz və Ramazan bayramlarının eyni dövrə təsadüf etməsi səbəbindən qarşıdakı həftələrdə bayram şənliklərinin və müxtəlif kütləvi tədbirlərin keçirilməsi gözlənilir.
Ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşlara kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyi, əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi və gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin məhsullar daxil etməyi tövsiyə edir.
Eyni zamanda yaz mövsümündə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür.
Hər bir vətəndaş öz sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, həm özünü, həm də ətrafındakı insanları qorumalıdır”, - müraciətdə qeyd olunub.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












