Səhv karta göndərilən pul üçün bank nə edə bilər? - AÇIQLAMA

Yanlışlıqla başqa şəxslərin kartına və ya hesabına vəsait köçürülməsi halları ilə rastlaşılır. Belə vəziyyətlərdə vətəndaşın pulun kim tərəfindən göndərildiyini müəyyənləşdirməsi və vəsaiti sahibinə qaytarması ilə bağlı prosedurun necə tənzimləndiyi maraq doğurur.
Belə hallarda yanlış köçürülən vəsaitin geri qaytarılması üçün hansı prosedur tətbiq olunur? Vətəndaş pulu göndərən şəxsin müraciətini gözləmədən vəsaiti geri qaytarmaq istədikdə, ödəniş sistemi tərəfindən bununla bağlı hər hansı mexanizm nəzərdə tutulubmu?
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı hazırda konkret və vahid prosedur və ya qayda yoxdur:
“Çünki pul köçürməsi şəxsin öz istəyi və razılığı əsasında həyata keçirilir. Belə hallarda bankın təsir imkanları məhduddur. Pulun səhv köçürüldüyünü bildirərək onun geri qaytarılmasını tələb etmək mümkündür, lakin bank həmin vəsaiti qarşı tərəfin hesabından birtərəfli qaydada geri çəkə bilməz. Məsələn, siz kiməsə pul köçürmüsünüz və sonradan müəyyən səbəbdən həmin məbləği geri qaytarmaq istəyirsiniz. Yaxud həmin şəxs sizdən borc istəyib və siz ona pul göndərmisiniz, lakin sonradan vəsaiti geri almaq istəyirsiniz. Bu halda bank, köçürmənin sizin öz istəyiniz və razılığınız əsasında həyata keçirildiyini nəzərə alaraq, pulu məcburi şəkildə geri qaytara bilmir. Burada əsas məsələ pulun köçürüldüyü şəxsin öz iradəsindən asılıdır. Əgər həmin şəxs vəsaiti geri qaytarmaq istəyirsə, bunu edə bilər. Lakin pulu hesabından çıxarıbsa, xərcləyibsə və ya ümumiyyətlə geri qaytarmaq istəmirsə, bankın ona qarşı birbaşa təsir rıçaqları məhduddur. Hazırda qanunvericilikdə də belə hallarda pulun avtomatik və məcburi şəkildə geri qaytarılmasını təmin edən vahid mexanizm yoxdur”.
Ekspert vurğulayıb ki, bu səbəbdən pul köçürərkən rəqəmlərə xüsusi diqqət yetirmək lazımdır:
“Hazırda bir çox kart köçürmələrində kart sahibinin adının və soyadının baş hərfləri də göstərilir. Bu məlumat vasitəsilə vəsaiti göndərdiyiniz şəxsin düzgün olub-olmadığını ən azı müəyyən etmək mümkündür. Ona görə də köçürmə zamanı kart məlumatlarını və məbləği diqqətlə yoxlamaq, səhv köçürməyə yol verməmək vacibdir. Əgər pul səhv köçürülübsə, hazırda onun geri qaytarılması əsasən vəsaiti alan şəxsin istəyindən və vicdanından asılı qalır. Gələcəkdə qanunvericilikdə bu məsələyə dair xüsusi tələb və mexanizm müəyyənləşdirilərsə, bu, müsbət addım olar. Çünki səhv köçürülmüş vəsaitin geri qaytarılması ilə bağlı şikayətlərə tez-tez rast gəlinir. Bununla belə, belə bir mexanizmin hazırlanması zamanı müəyyən çətinliklər də yarana bilər. Məsələn, vəsaitin həqiqətən səhvən köçürülüb-köçürülmədiyini müəyyənləşdirmək həmişə asan olmur. Şəxs könüllü şəkildə pul göndərdikdən sonra sonradan fikrini dəyişərək həmin köçürməni “səhv köçürmə” kimi təqdim edə bilər. Bu səbəbdən məsələ ilə bağlı həm vəsaiti göndərən, həm də alan şəxsin hüquqlarını nəzərə alan, aydın və vahid prosedurun müəyyənləşdirilməsinə ehtiyac var”.
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










