Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO

Kənd sakinləri illərdir əziyyət çəkdikləri yolu öz vəsaitləri hesabına düzəltmək üçün bir araya gəliblər.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbət Şəkinin Orta Zəyzid kəndinin sakinlərindən gedir.
Onlar 15 min manata yaxın pul toplayıblar. Bu pulla onlar 300 metrə yaxın yola daş döşəyib, onu betonlayaraq həm özlərinin, həm də Alban məbədini ziyarət edən turistlərin gediş-gəlişini asanlaşdırıblar.
Kənd relyefcə dağlıq ərazidə yerləşdiyindən sel suları yolları yararsız vəziyyətə salıb. Sakinlər problemi birdəfəlik həll etmək üçün bir araya gəliblər.
Orta Zəyzid kənd icra nümayəndəliyindən bildirilib ki, sakinlərin təşəbbüsünə dərhal dəstək verilib. Yolun abadlaşdırılması üçün qum və daşın gətirilməsinə, eləcə də bəzi texnikaların əraziyə cəlb olunmasına köməklik göstərilib.
Hazırda yolda abadlıq işləri davam etdirilir. Yeni döşənən daşların yağış suları ilə yuyulub dağılmasının qarşısını almaq üçün yol betonlanır.
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT












