Sənədsiz evi olanların nəzərinə - Xidmət rəisi açıqladı

"Təqdim olunmuş sənədlər hamısı müəyyən edilmiş tələblərə cavab verirsə, aidiyyəti dövlət qurumlarına bizim tərəfimizdən elektron qaydada rəy üçün göndərilir. Aidiyyəti dövlət orqanları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir".
Avtosfer.az xəbər verir ki, bunu APA-ya və "Xəzər" TV-yə birgə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
"Onlar tərəfindən müsbət rəy olursa, növbəti mərhələdə biz artıq daha yuxarı instansiyaya təqdim edirik. Qərar təsdiq olunandan sonra artıq kateqoriya dəyişmiş hesab olunur", - deyə o əlavə edib.
Xidmət rəisinin sözlərinə görə, daxil olan müraciətləri təhlil edərkən müəyyən olunub ki, onların əksəriyyəti, 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərində fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələri ilə bağlıdır.
"Az öncə də qeyd etdiyim kimi, həmin torpaqlar yaşayış təyinatlı deyillər. 90-cı illərdə iqtisadiyyatın keçid dövründə, eyni zamanda torpaqların işğalı nəticəsində böyük sayda insanların öz yaşayış yerlərini tərk etməsi və digər ərazilərdə məskunlaşması ehtiyacı olduğuna görə kənd təsərrüfatı təyinatlı yaxud digər kateqoriyalarda olan torpaqlarda elə yaşayış massivləri xeyli sayda yaranmışdı. O massivlərdə bir-iki ev yox, yüzlərlə, minlərlə fərdi yaşayış evləri var. O torpaqların bir-bir kateqoriyasının dəyişməsinin heç bir səmərəliliyi yoxdur. Çünki biz bir növ massivin tərkibində ayrıca elementləri dəyişmiş oluruq. Bu da məsələni həll etmir. Ona görə 201 nömrəli Fərmanda həmin yaşayış massivləri ilə bağlı hüquqi əsas formalaşmışdı ki, onlara massiv yanaşması ilə baxılsın. Bu o deməkdir ki, həmin yaşayış massivləri şəhərsalma sahəsində normativ sənədlərə, ərazi planlaşdırma sənədlərinə əsasən uyğun tikilibsə, orada mühəndis kommunikasiya xətləri mövcuddursa, yol-nəqliyyat infrastrukturu varsa və orada bundan sonra həmin yaşayış massivinin inkişafı üçün imkanlar mövcuddursa, müvafiq dövlət qurumlarının verdiyi müsbət rəylər əsasında, aparılan invertarlaşdırma və s. işləri nəticəsində dövlət orqanları tərəfindən müsbət qərar olsa, onların yaşayış massivi formasında birdəfəlik dəyişməsi aparılacaq və fərdi müraciətlərə ehtiyac yaranmayacaq. Yəni kütləvi dəyişdirmə baş verdiyi təqdirdə o massivdə mövcud olan bütün fərdi yaşayış evlərinin kateqoriyası dəyişəcək və onların mülkiyyət hüquqlarının əldə olunması xeyli asanlaşacaq. Bir sözlə, həmin o sənədsiz evlərin probleminin həlli yollarından biri kateqoriyanın dəyişməsidir".
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










