Serbiya ilə Kanada arasında 34 ildən sonra aviareyslər bərpa olundu

Serbiya ilə Kanada arasında 34 ildən sonra birbaşa aviareyslər bərpa olunub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Belqrad hava limanından "Air Serbia"nın Belqrad–Toronto marşrutu üzrə ilk təyyarəsinin yola salınması mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Serbiya üçün dünya ilə əlaqələri baxımından böyük və mühüm gündür:
"Çünki Şimali Amerika qitəsində mühüm bir istiqamət olan Kanada Serbiyaya daha da yaxınlaşır. Bununla Serbiya üçün dünyaya yeni qapılar açılır. Bu reyslə Serbiya ilə Kanada arasında hava əlaqəsi yenidən bərpa olunub. Milli aviaşirkətimizin 34 ildən sonra Toronto istiqamətinə uçuşları bərpa etməsindən çox xoşbəxt və qürurluyam. Bununla biz Serbiyanı yalnız dünyanın ən böyük iqtisadiyyatlarından biri ilə deyil, həm də xalqımızın iki mühüm qolunu bir-biri ilə əlaqələndiririk. Unutmayaq ki, Kanadada Serbiya əsilli minlərlə insan, eləcə də bu regiondan olan müxtəlif millətlərin nümayəndələri yaşayır və onlar öz vətənlərinə daha yaxın olacaqlar".
Qeyd edək ki, Serbiya diplomatiyasının rəhbəri yeni açılan aviareysin ilk sərnişinlərindən biridir, çünki o, nümayəndə heyəti ilə birlikdə Kanadaya səfərə yollanıb.
"Bu, Serbiyanın xarici işlər nazirinin on ildən artıq müddətdən sonra Kanadaya ilk rəsmi səfəridir. Bu, iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması deməkdir. Mən xoş niyyətlə, Serbiya haqqında təsəvvürü yeniləmək, səylərimizi, dəyərlərimizi və son iki onillikdə əldə etdiklərimizi təqdim etmək arzusu ilə gedirəm", – Curiç əlavə edib.
Belqrad və Toronto arasında uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












