Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO

Saatda 60 km/sürətlə hərəkət edən avtobus qapısı açıq idarə olunub. Bu zaman içərisində sərnişinlər də olub.
Bununla bağlı görüntünü “Xəzər Xəbər”in qaynar xəttinə göndərilib.
Sərnişin idda edir ki, avtobusda kondisioner işləmədiyinə görə bu vəziyyət mütəmadi davam edir.
Söhbət Hövsandan-Suraxanı istiqamətində hərəkət edən 161 saylı marşrut avtobusundan gedir. Marşrut xəttinin sonuncu dayanacağına üz tutduq. Sürücülər danışmaq istəmədilər.
Sərnişinlər isə bildirdilər ki, 161 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların bəzilərində bu hal yaşanır.
Hətta bu vəziyyətə görə sürücüləri qınamayan sərnişinlər də oldu.
O da qeyd edildi ki, bəzi hallarda isti hava ilə əlaqədar avtobusun qapısını açıq qoymağı sərnişinlər özləri sürücüdən xahiş edirlər.
Məsələ ilə bağlı marşrut xətti üzrə daşıyıcı şirkətdən qeyd edildi ki, şirkət bu xətti cəmi 20 gün əvvəl istismara götürüb. Marşrut xəttindəki avtobuslarda bir sıra problemlər olub. Hazırda həmin problemlər mərhələli şəkildə aradan qaldırılır. Avtobuslardakı kondisionerlərlə bağlı problemin də 2-3 gün ərzində həll olunacağı bildirilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












