Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA

Bakıda son günlər bəzi avtobus marşrutlarında intervalın pozulması sərnişinlərin narazılığına səbəb olub. Bəzi marşrutlarda avtobusların 30 dəqiqə və daha çox gecikmə ilə gəlməsi xüsusilə günün sıx saatlarında sərnişinlərin yollarda uzun müddət gözləməsinə gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı avtobuslar arasında intervalın niyə pozulduğu və problemin aradan qaldırılması üçün hansı tədbirlərin görüləcəyi sual doğurur. Bəs marşrutlarda hərəkət intervalının normallaşdırılması üçün hansı addımlar atılacaq?
Mövzu ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, tədris ilinin başlanması ilə əlaqədar sərnişin tələbatında gözlənilən artım nəzərə alınaraq marşrut xətləri üzrə qabaqlayıcı tədbirlər görülüb, xəttə buraxılan avtobusların sayı artırılıb:

''Belə ki, 2025-ci ilin müvafiq dövründə gündəlik 800-dən çox avtobus xəttə buraxılırdısa, hazırda bu göstərici 1300-dən çoxdur. Bununla da ötən ilin eyni dövrü ilə müqayisədə xəttə buraxılan avtobusların sayında 62,5 faizdən çox artım qeydə alınıb və “BakuBus” MMC üzrə rekord sayda avtobus sərnişindaşıma prosesinə cəlb edilib. Sərnişin axınının daha intensiv olduğu istiqamətlərdə xidmətin çevikliyinin artırılması məqsədilə əlavə tədbirlər də həyata keçirilib. Bu çərçivədə “M2” nömrəli ekspres marşrut xəttinin avtobuslarında ikinci validatorlar quraşdırılıb. Bununla sərnişinlərin eyni anda ön və orta qapıdan avtobusa daxil olması təmin edilib, minmə prosesinin sürətləndirilməsi və dayanacaqlarda gözləmə müddətinin azaldılması istiqamətində əlavə imkan yaradılıb. Bununla yanaşı, hazırda paytaxtın bir sıra küçə və prospektlərində aparılan təmir işləri, yol hərəkətinin təşkilində müvəqqəti dəyişikliklər, eləcə də xüsusilə səhər və axşam pik saatlarında yaranan nəqliyyat sıxlığı avtobusların hərəkət sürətinə təsir göstərir. Bu səbəbdən ayrı-ayrı marşrut xətlərində avtobuslararası intervallarda müvəqqəti artımlar müşahidə oluna bilir''
Fatimə
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












