Sərnişinin səhhətində problem yarandı - Təyyarə Bakıda eniş etdi

"EVA Air” aviaşirkətinə məxsus və Bankonq — London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.
“Boeing 777” tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.
Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya təhlükəsizliyi və operativ reaksiya sahəsində yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, fövqəladə vəziyyətlərdə hava gəmilərinə etibarlı və peşəkar dəstək təmin edir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












