"Sərnişinlər gündüz saatlarında da Tbilisiyə gedə biləcəklər" - Bəxtiyar Hacıyev

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı iki dəfə artırılaraq dördə çatdırılıb. Sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər".
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev yeni reysin icrası ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, əlavə reyslərin tətbiqi sərnişin tələbatının qarşılanmasına, eləcə də səyahət imkanlarının genişləndirilməsinə xidmət edir.
B.Hacıyevin sözlərinə görə, reyslərin sayının artırılması ilə sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılıb. Bu isə təxminən 50 faiz artım deməkdir.
O bildirib ki, yeni reyslər sərnişinlərə gündüz saatlarında da səyahət etmək imkanı yaradacaq:
"Belə ki, indiyədək yalnız gecə saatlarında həyata keçirilən səfərlərə əlavə olaraq gündüz reysləri də təşkil olunub. Qatarlar hər gün Bakıdan saat 23:10 və 09:10-da, Tbilisidən isə saat 11:00 və 22:00-da yola düşəcək.
Bakıdan Tbilisiyə biletlərin qiyməti 54 manatdan, Yevlaxdan 44 manatdan, Gəncədən 41 manatdan, Ağstafadan 38 manatdan, Böyük Kəsik stansiyasından isə 36 manatdan başlayır".
O, əlavə reyslərin tətbiqinin Azərbaycan Dəmir Yolları ilə Gürcüstan Dəmir Yolları arasında zəruri texniki və təşkilati hazırlıq işlərinin başa çatdırılmasından sonra mümkün olduğunu vurğulayıb.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












