Sərxoş və görmə qabiliyyəti olmayan kişi gecə avtomobil sürdü

Kor, sərxoş və sürücülük vəsiqəsi olmayan 50 yaşlı britaniyalı kişi gecə vaxtı partnyorunun avtomobili ilə magistral yolda 240 kilometr məsafə qət edib.
Avtosfer.az xəbər verir ki, hadisə Haddersfilddə baş verib. Entoni Holl partnyoru ilə birlikdə dörd şüşə şərab içib və sonra Vauxhall Meriva avtomobilinin sükanı arxasına keçib və M6 yolu ilə şimala doğru hərəkət edib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı yalnız Karlayl şəhərinin yaxınlığında - evindən təxminən 240 kilometr aralıda saxlaya biliblər. Yol boyu kor sürücü hətta yanacaqdoldurma məntəqəsində saxlamağı bacarıb və orada köməkçi yanacaqdoldurma məntəqəsi işçisi ona yanacaq doldurmağa kömək edib", - məlumatda bildirilir.
Britaniya mediası bildirir ki, Hol təxminən iki il əvvəl görmə qabiliyyətini tamamilə itirib və rəsmi olaraq kordur, lakin iddia edir ki, o, hələ də yanıb-sönən işıqları hiss edə bilir. Ona yolda qalmağa kömək edən yük maşınlarının parlaq qırmızı arxa işıqları olub.
Saxlanılandan sonra polis dərhal kəskin spirtli içki qoxusu hiss edib və cinayətkar sərxoş və kor olduğunu boynuna alıb.
Hakimlər Entoni Holla 18 ay sınaq müddəti ilə 36 həftəlik şərti həbs cəzası veriblər və onu bir il müddətinə sürücülük hüququndan məhrum ediblər. Hakimlər onun cinayət qeydinin olmamasını və ehtiyatsızlıqla avtomobil idarə edərkən heç kimin xəsarət almamasını nəzərə alıblar. (lent.az)
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












