Sevgilisi azadlığa çıxanda şikayət etmişdi - İndi “barışmışıq” deyir

Bəniz kimi tanınan tiktoker Aybəniz Xəlilovanın sevgilisindən şantajla 1 milyon manata yaxın pul alma ittihamı ilə bağlı məhkəmə prosesi davam edir.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün keçirilən proses bir sıra maraqlı çıxışlarla yadda qalıb.
Bənizin vəkili deyib ki, zərərçəkmiş Xalid Kərimov ilkin istintaq vaxtı müvəkkilinə bilərək böhtan atıb, real vəziyyət isə başqadır. Əslində Bənizlə Xalidin kəbini var, onlar ailə kimi birlikdə yaşayıblar: “Xalidin müxtəlif vaxtlarda müvəkkilimlə görüşdükdən sonra “300, 500 manat vermişəm” deməsi yalandır. Xalidin Bənizin övladı ilə səmimi danışıqları var. Düzdür, kəbin kağızı rəsmi nikah hesab edilməsə də, amma bu var”.
Müdafiəçi kəbin kağızını və içində sübutlar olan diski məhkəməyə sədrlik edən hakim Fəxri Məmmədova da göstərib.
Xalid özü isə məhkəməyə gəlmir. O, vəkili vasitəsilə bildiriş göndərib ki, hazırda Türkiyədədir. Ən maraqlısı isə budur ki, X.Kazımov Bənizə qarşı şikayətini geri götürüb. O, artıq qadından heç bir tələbi olmadığını, həbsdən azad edilməsini istədiyini qeyd edib. Xanım müttəhim özü də zərərçəkmişlə barışdığını, hətta təcridxanada ona hər cür köməklik göstərdiyini deyib.
Bu yerdə məlumat üçün deyək ki, Bəniz ilkin istintaq dövründə həbs edilib, qısa müddət sonra ev dustaqlığına buraxılmışdı. Həmin vaxt Xalid Kərimov qərardan narazı idi. O, hətta hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edərək Bənizin layiqincə cəzalandırılmasını xahiş etmişdi. İndi isə xaricdən mesaj göndərib ki, Bənizi azadlığa buraxın.
Prosesin sonunda həm Aybəniz Xəlilovanın, həm də Xalid Kazımovun vəkilləri qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıblar. Lakin prokuror Tural Yaqubov buna etiraz edib və məhkəmə onun mövqeyini əsaslı hesab edərək təqsirləndirilən şəxsin həbsdə saxlanmasına qərar verib.
Hakimlər məzuniyyətə getdiyindən növbəti məhkəmə prosesi avqust ayına təyin edilib.(qafqazinfo)
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












