Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı

Şimali Kiprin Girne sahilində 14 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı
başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfərin həbs müddəti daha yeddi gün uzadılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.
Belə ki, gəminin batması nəticəsində 14 nəfərin itkin düşməsi ilə bağlı Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.
Orxan Həsənoğlu bildirib ki, bu gün keçirilən məhkəmə iclasında gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinə - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətova qarşı ayrıca ittiham elan edilməyib.
Hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı üzrə istintaq aparılır:
"Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır", - deyə Həsənoğlu bildirib.
Həsənoğlu bildirib ki, Azərbaycan vətəndaşı olan heyət üzvləri digər məsul şəxslərdən fərqli olaraq gəmini son mərhələdə tərk edib və sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar.
"Onlar şübhəli şəxs qismində istintaqa cəlb edilməməlidirlər. Onlar baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Hesab edirik ki, onların hadisə zamanı göstərdikləri davranış və sərnişinlərə kömək etmək cəhdləri istintaq zamanı hərtərəfli qiymətləndirilməlidir", - deyə o vurğulayıb.
Sədr məlumat verib ki, polis istintaq qrupu hadisə baş verdiyi gündən bu günə qədər 300-ə yaxın izahat alıb.
Orxan Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












