Siyavuş Novruzov bu şəxsdən Almaniya Parlamentinə şikayət edəcək

"Media və Yayım Şurasının yaradılması və mediaya göstərilən dövlət dəstəyi Azərbaycanın mətbuata verdiyi önəmin göstəricisidir".
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, Azərbaycan dövləti və Prezident tərəfindən media sahəsinə hər zaman xüsusi diqqət göstərilib.
Onun sözlərinə görə, Media və Yayım Şurasının yaradılması, qəzetlərə maliyyə yardımlarının ayrılması və media qurumlarına göstərilən dəstək bunun bariz nümunəsidir.
S.Novruzov qeyd edib ki, hazırda xaricdə yaşayan bəzi şəxslər Azərbaycan dövləti, xalqı, ordusu və dövlət başçısı haqqında həqiqəti əks etdirməyən məlumatlar yayırlar. O bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti qəbul etməyən qüvvələrin təsiri altında olan şəxslər ölkə əleyhinə təbliğat aparırlar və bu məsələyə qanunvericilik səviyyəsində daha ciddi yanaşılmalıdır.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran ən mühüm tarixi məsələlərdən birini həll edərək ölkənin ərazi bütövlüyünü təmin edib. Onun sözlərinə görə, bəzi şəxslər bu uğurlardan yazmaq əvəzinə Ağdamın işğalında hazırkı hakimiyyəti ittiham etməyə çalışırlar.
S.Novruzov bildirib ki, Ağdam və Füzulinin işğalı ilə bağlı məhkəmə qərarları mövcuddur və həmin sənədlərdə məsul şəxslərin adları öz əksini tapıb. O qeyd edib ki, tarixi saxtalaşdırmaq mümkün deyil və işğal dövründə baş verən hadisələr hamıya məlumdur. Deputat çıxışında Almaniyada yaşayan siyasi şərhçi Ərəstun Oruclunun adını da çəkərək onun fəaliyyəti ilə bağlı Almaniya parlamentinə rəsmi müraciət göndərəcəyini bildirib.
S.Novruzov qeyd edib ki, müraciətdə müxtəlif fondların vəsaitlərinin necə istifadə olunmasının araşdırılması məsələsini qaldıracaq. Çıxışının sonunda deputat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkə tarixinin ən böyük nailiyyətlərindən biridir və bu uğur Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunub.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












