Sloveniya limanı Orta Dəhlizə qoşulacaq

Qazaxıstan və Sloveniya nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zərurətini müzakirə ediblər.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sloveniya Prezidenti Nataşa Pirç Musar ilə danışıqların yekunlarına dair brifinqdə deyib.
Tokayev qeyd edib: “Biz Sloveniyanın Luka Koper dəniz limanının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə cəlb edilməsi məsələsini müzakirə etdik. Deyə bilərik ki, ortaq fikrə gəlmişik. Biz səlahiyyətli orqanlara konkret tədbirlərin görülməsi ilə bağlı göstəriş vermişik".
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












