“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Niftəliyevin vəkili bu işdə adı keçən Azərbaycan Ordusunun sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun əlavə şahid kimi dindirilməsini istəyib.
Müdafiəçinin sözlərinə görə, Nəcməddin Sadıkov bu işdə əsas şəxsdir, amma ittiham tərəfinin şahidləri sırasında yer almayıb. Onun dedikləri iş üçün xüsusi əhəmiyyətlidir.
Novruz Kərimovun sədrlik etdiyi məhkəmə tərkibi general Sadıkovun dindirilməsinə ehtiyac görməyib. Bu səbəbdən vəsatət təmin edilməyib.
Bundan sonra son şahid mərhum vergilər naziri Fazil Məmmədovun müşaviri işləmiş Mahir Rəfiyevin istintaq vaxtı verdiyi ifadəsi elan edilib.
“AtaBank”ın səhmdarlarından biri istintaqa ifadəsində deyib ki, Fazil Məmmədovun göstərişi əsasında bankdan Nəcməddin Sadıkovun göndərdiyi şəxsə kredit ayrılmasını təmin edib.
İfadəyə münasibət bildirən Zahid Niftəliyev deyib ki, iki dəfə şirkətin ləğv olunması ilə bağlı sənədləri imzalayıb: “İndi anlayıram ki, onlar mənimlə oyun oynayıblar. Fazil Məmmədov vəzifədən çıxarılana qədər adıma kredit rəsmiləşdirildiyindən xəbərsiz olmuşam.”
Növbəti proses iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ












