Son 16 ildə ilk dəfə metroda interval azaldılıb

"Cari ilin may ayında sərnişin üçün xüsusi əhəmiyyət kəsb edən tarixi yenilik edilmişdi. Son 16 ildə ilk dəfə interval azaldılmışdı. Başqa sözlə qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılmışdı. Hazırda hədəfimiz mövcud texniki imkanları bir daha təftiş edərək, intervalı bir qədər də azaltmaqdır".
Avtosfer.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
O bildirib ki, indi 2 qatar cütü sayında xətlərdə hərəkətin bir az da sıxlaşdırılması üzərində iş aparılır:
"Əsas hədəf yeni tədris mövsümündə sərnişinləri daha çox maraqlandıran ənənəvi sərnişin sıxlığının müsbət texniki həlləri tətbiq etməkdir. İntervalın azaldılması sərnişinin ən sıx olduğu saatlarda tətbiq olunacaq. Bununla bağlı müvafiq monitorinqlər yekunlaşmaq üzrədir. Yeni mövsüm ərəfəsində elan ediləcək. Lakin onu xüsusi qeyd etmək olar ki, intervalın azaldılması üçün əlavə 4 qatarın stansiyadan keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranacaq. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımına bərabər bir rəqəmdir.
Tətbiq edilən texniki həllərdən danışsaq, dispetçer idarəetməsində qrafiklərin hazırlanmasının ənənəvi mexaniki üsullardan rəqəmsal texnologiyalara keçirilməsi, bütün yollarda qatarların hərəkətinin tənzimlənməsi sistemlərinin işinə yenidən baxılması, texniki və insan faktoru ilə bağlı dinamik həllərin tətbiqi burada həlledici amillərdir. Bilirsiniz ki, metropoliten üçün hər saniyənin öz xüsusi əhəmiyyəti var. Buna görə də qarşıdakı müddətdə həm yeni qrafik, həm intervalın ən optimal azaldıldığı vaxtlar, həm də interval fərqləri və digər bütün texniki məsələlərə ictimailəşdiriləcək".
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












