Son dərəcə təhlükəlidir və ölümlə nəticələnə bilər - XƏBƏRDARLIQ

Bakıda 74 yaşlı qadının və azyaşlı körpənin nəfəs borusuna qida parçası düşməsi nəticəsində həyatını itirməsi bu cür hallarda ilk yardımın əhəmiyyətini yenidən gündəmə gətirib. Tənəffüs yolunun qida ilə tutulması bir neçə dəqiqə ərzində həyati təhlükə yarada bildiyi üçün belə vəziyyətlərdə düzgün və operativ müdaxilə həlledici rol oynayır. Bəs, nəfəs borusuna qida parçasının düşməsi hansı hallarda ölümcül nəticələrə səbəb olur və təcili tibbi yardım gələnədək ətrafdakılar hansı ilk yardım tədbirlərini görməlidirlər?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, nəfəs yoluna düşən istənilən yad cisim mexaniki asfiksiya yaradır. Mexaniki asfiksiya isə çox təhlükəli haldır və qısa müddətdə ölümlə nəticələnə bilər.
"Bu, əslində nəfəs yolunun mexaniki şəkildə bağlanması, yəni hava keçidinin kəsilməsi deməkdir. Belə hallarda zərərçəkənə düzgün vəziyyət verilir və bel nahiyəsinin orta hissəsinə vurulan zərbələrlə yad cismin nəfəs yolundan çıxarılmasına çalışılır. Lakin bəzi hallarda yad cismi çıxarmaq çətin olur, çünki o, nəfəs yolunda ilişib qalır".
Ekspert bildirib ki, buna görə də mexaniki asfiksiya son dərəcə təhlükəlidir və bəzən insanın həyatını itirməsi ilə nəticələnə bilər:
"Bu səbəbdən həkiməqədərki ilk yardım çərçivəsində mexaniki asfiksiya zamanı görülməli tədbirlər hər kəs tərəfindən bilinməlidir. Hesab edirəm ki, bu mövzu orta və ali məktəblərdə həkiməqədərki ilk yardım kursları çərçivəsində tədris oluna bilər. Bundan başqa, hazırda bu cür hallarda istifadə olunan xüsusi vakuum aparatları da mövcuddur. Aparat ağız boşluğuna yerləşdirilir, vakuum yaradılır və nəticədə yad cisim nəfəs yolundan çəkilərək çıxarılır. Bu da kifayət qədər effektiv üsullardan biridir. Ancaq təəssüf ki, belə aparatlar hər zaman əlçatan olmur və nəticədə bu kimi ağır hallar yaşanır".
Onun sözlərinə görə, həkiməqədərki ilk yardım qaydalarını bütün vətəndaşlar bilməlidir.
"Buraya suda boğulma, istivurma, yanıq halları, eləcə də digər fövqəladə vəziyyətlər zamanı göstərilən ilkin tibbi yardım qaydaları daxildir".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












