Son günlər yayılan virus nədir? - FOTO

Xəbər verdiyimiz kimi, Çində yeni təhlükəli virus - insan metapnevmovirusu (HMPV) sürətlə yayılır. COVID-19 pandemiyasından beş il sonra ortaya çıxan virusun qripəbənzər simptomlarının yarandığı, adətən yuxarı tənəffüs sisteminə, bəzən də aşağı tənəffüs yolu infeksiyalarına səbəb olduğu bildirilir.
Artıq Çindən sonra Qazaxıstanda və Qırğızıstanda da HMPV-yə yoluxma faktları qeydə alınıb. Qonşu ölkələr yeni təhlükə ilə bağlı həyəcan təbili çalırlar.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hələ ki, sözügedən virusa Azərbaycanda yoluxma halının qeydə alınması ilə bağlı rəsmi məlumat yoxdur.
Ölkənin Səhiyyə Nazirliyi bu il də hər il olduğu kimi, payız-qış mövsümündə rast gəlinən infeksion xəstəliklər, kəskin respirator virus infeksiyaları olduğunu açıqlayıb. Bura qriplə yanaşı, bir neçə növ respirator viruslar daxildir. Qeyd olunur ki, havaların soyuması ilə əlaqədar bu və ya digər viruslar müəyyən qədər artaraq xəstələnmə halları yaradır. Həmin viruslar bütün il boyu mövcud olsa da, soyuq aylarda onların yayılması sürətlənir.

Nazirliyin məlumatında o da qeyd olunur ki, hansısa infeksiyalarda müəyyən dövrlərdə müvəqqəti artım ola bilər: “Lakin bir müddət sonra həmin infeksiya sönür və yerini başqa respirator virus infeksiyasına verir. Hazırda bu gün ölkədə ümumi epidemioloji durum olduqca qənaətbəxşdir”.
Lakin müşahidələr və sosial şəbəkələrdə qripəbənzər virusa yoluxma ilə bağlı məlumatların çoxluğu əhali arasında epidemioloji durumun heç də ürəkaçan olmadığı qənaətini yaradır. Belə ki, həm uşaqlar, həm də böyüklər arasında qripəbənzər virusun yayıldığı və onun ənənəvi qripdən fərqləndiyi qeyd olunur. İddia olunur ki, müalicəyə tabe olmayan bu xəstəliyin əsas əlaməti günlərdir davam edən qızdırma və öskürəkdir. Bəzən qızdırma bir həftəyədək davam edir, şiddətli boğaz və baş ağrıları, ağır öskürəklə müşayiət olunur.
Bəs əhalinin əziyyət çəkdiyi virus nədir? Ondan necə qorunmaq olar?
İnfeksionist Vüqar Cavadzadə saytımıza açıqlamasında son günlər əhali arasında yayılan xəstəliyi qışda artan kəskin respirator infeksiyalarla əlaqələndirir: “Bizdə yayılan virusun insan metapnevmovirusu (HMPV) olub-olmadığını Səhiyyə Nazirliyi açıqlaya bilər. Lakin mən düşünürəm ki, bu hər il qışda yayılan kəskin respirator infeksiyalarla bağlıdır. Əslində metapnevmovirus digər kəskin respirator infeksiyalarla eyni kliniki əlamətlərə malikdir. Adi qripin özünün müxtəlif serotipləri mövcuddur, onu törədən çox sayda viruslar var”.

Bu yayılan virusun ənənəvi qripdən fərqlənməsinə gəlincə isə, V. Cavadzadə bunu fərdin şəxsi əlamətləri ilə əlaqələndirib: “Hər şəxsdə fərqli əlamətlər qeydə alına bilər. Bu, müxtəlif amillərlə, o cümlədən, həmin insanın xroniki xəstəliyinin olub-olmaması ilə bağlıdır. Hansı şəsdə xroniki xəstəliklər mövcuddursa, bu xəstəlik uzun müddət davam edə bilər”.
İnfeksionist hava-damcı yolu ilə keçən infeksiyalardan qorunmaq üçün maskadan istifadə etməyi, qapalı məkanlardan uzaq durmağı məsləhət görür. Həkimin sözlərinə görə, bütün gigiyenik qaydalara əməl olunmalı, çoxlu maye qəbulu, bol vitaminli qidalar vacibdir. Həmçinin xəstəliyə yoluxmuş şəxsin təcrid olunması da virusun yayılmasının qarşısını ala bilər.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










