Son iki saatda İrandan Azərbaycana daha 116 nəfərin təxliyəsi baş tutdu - FOTO - YENİLƏNİB

İrandan Azərbaycana martın 3-də saat 13:00-dan 15:00-dək daha 116 nəfər təxliyə edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təxliyə edilənlərin 16-sı Azərbaycan, 42-si Çin, 41-i Tacikistan, yeddisi Oman, dördü Pakistan, üçü İran, üçü isə Qırğızıstan vətəndaşıdır.
***
Martın 3-də saat 11:00-13:00 aralığında daha 83 nəfər İrandan Azərbaycana təxliyə edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onlardan altısı Azərbaycan, 74-ü Çin, ikisi İran, biri isə Türkiyə vətəndaşıdır.
***
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 615 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 3-ü saat 10:00-a qədər sərhədi 157 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 150, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 52, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirliklərinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsindən 1 vətəndaş Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR

















