Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ

Məlum olduğu kimi, sentyabrın 1-dən etibarən sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti açıqlamasında bildirib ki,
"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müəyyən edilmiş qaydalar əsasında və müvafiq icazə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi səlahiyyəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə edilib. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə isə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlar tətbiq edilməklə həyata keçirilir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil olunur. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilmiş tələblərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət edirlər. Müraciət çərçivəsində ərizəçinin təqdim etdiyi sənədlər təhlil olunur və onların müvafiq Qaydanın tələblərinə uyğunluğu yoxlanılır. Bununla yanaşı, su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir, həmçinin su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi araşdırılır. Aparılan təhlil və qiymətləndirmənin nəticələrinə əsasən, su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi və ya icazənin verilməsindən imtina edilməsi barədə qərar qəbul olunur. İcazənin müddəti su obyektindən xüsusi istifadənin məqsədi, su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla müəyyən edilir".
Azərbaycan Respublikası Su Məcəlləsinin 32-ci maddəsinə əsasən, su obyektləri fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsinə, su obyektlərinin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib
Azərbaycan Respublikası Su Məcəlləsinin 38-ci maddəsinə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli 69 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri” təsdiq edilib.
Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin üç əsas növü müəyyən edilib:
1. su obyektlərindən su götürməklə istifadə;
2. su obyektlərindən (akvatoriyadan) su götürmədən istifadə;
3. su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə.
Bununla yanaşı, bir sıra fəaliyyətlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir. Bunlara su obyektlərində yerin təkindən istifadə və ya yeraltı qurğuların tikintisi və istismarı zamanı lay sularının çıxarılması, gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) su obyektlərinin akvatoriyasında hərəkəti və onların texnoloji avadanlıqlarının işini təmin etmək üçün suyun götürülməsi, boru kəmərlərinin və ya kabellərin çəkilməsi məqsədilə su obyektlərindən istifadə, həmçinin fiziki və hüquqi şəxslərin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların istismarı zamanı yeraltı suyun çıxarılması daxildir.
Fatimə Dadaşova
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











